30 Oktyabr

Azərbaycanda bankın ləğvinə başlanıb – MÜFLİS OLUB

Azərbaycanda bir qədər əvvəl lisenziyası ləğv olunmuş «Evrobank» ASC-nin ləğvinə başlanıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi mətbuatdakı elanında bildirilir. Elanda deyilir ki, AMB İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə “Evrobank” ASC-nin bank lisenziyası ləğv olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə: “Evrobank” ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması; “Evrobank” ASC-yə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. Ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-539-47-22; 012-539-73-17. .

Ləğvetmə prosesi “Evrobank” ASC-nin baş ofisində- Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir. Qeyd etmək lazımdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə müvafiq olaraq bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

Ləğv prosesində olan “Evrobank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC-dir.