30 Oktyabr

«Bank Standard» “Mərdəkan” filialını yeniləyib

«Bank Standard» Mərdəkan qəsəbəsindəki eyni adlı filialını yeniləyib. Bankdan fins.az-a verilən məlumata görə, Bankın yeni konsepsiyasını əks etdirən filialın ərazisi böyüyüb, müştərilərə xidmət imkanları isə yüksəldilib. Mştərilər filialdakı ödəniş qurğuları vasitəsilə müstəqil şəkildə əməliyyatlar həyata keçirə bilərlər. Filialda həmçinin, SmartBank internet banking xidmətinə çıxışı olan interfeyslərin təqdim olunduğu Smart zona da müştərilərin ixtiyarında olacaq. “Mərdəkan” filialı həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli maliyyə xidmətləri təqdim edir. Bura hesablaşma-kassa əməliyyatları, cari və depozit hesablarının açılması, ölkə daxilində və xarici ölkələrə pul köçürmələri, kreditlərin rəsmiləşdirilməsi və s. aiddir.