Azərbaycan Mərkəzi Bankı tərəfindən xarici valyutaların məzənnəsinin elan edilməsindən sonra paytaxtın mərkəzindəki bəzi valyutadəyişmə məntəqələrində dollar satışı başlanıb.
«Fins.az»əməkdaşlarının şəhərin məkəzindəki valyutadəyişmə məntəqələrində apardığı müşahidələrə görə, hələlik bəzi məntəqələrdə iş başlanmasa da, məntəqələrin bir hissəsində satış var.
İlkin olaraq «Turanbank»a məxsus valyutadəyişmə məntəqəsində dollar satışı başlanıb – dolların alışı 1,05 manat, satışı isə 1,055 manat məzənnəsi ilə aparılır. Artıq məntəqənin qarşısına toplaşanlar var, insanlar əsasən 1000-2000 arasında məbləğləri dəyişirlər.