30 Oktyabr

“İmprotex”in sahibinin oğlu həbsi xəbərinə münasibət bildirib

Bir sıra kütləvi informasiya vasitələri dünən axşam Vüqar Ələkbərovun həbs edilməsinə dair sensasion informasiya yaymışdılar.

Həmin xəbərlərdə deyilirdi ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, “İmprotex” şirkətlər qrupunun sahibi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “Bandotdel” əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. Fins.az-ın "Marja"-a istinadən məlumatına görə, səbəb isə “İmprotex” şirkətinin oliqarxların müflis etdiyi Azərbaycan Beynəlxalq Bankına olan borcudur.

V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” - deyə V.Ələkbərov bildirdi.