30 Oktyabr

Banklar dolları şəxsiyyət vəsiqəsilə satır

Bu gün şənbə günü olduğundan bəzi banklar saat 15:00-a qədər işləyir.

Fins.az-ın Marjaya istinadən məlumatına görə, banklarda olaraq dolların satışı ilə maraqlandıqda məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən 22.08.2015-il tarixindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Tətbiqə görə, bir nəfərə yalnız 2000 dollar satılır. Dollar alan vətəndaşların şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılaraq götürülür.

Banklardan bildiriblər ki, dollar satışının dayandırılması həftənin Bazar ertəsindən yeni məzənnə ilə satılacağı ilə izah olunur.