Son günlər Azərbaycanla qonşu ölkələrin milli valyutalarının ABŞ dolları qarşısında ucuzlaşması, bəzi hallarda isə açıq devalvasiya addımları Azərbaycan manatı ətrafında da narahatlıqların yaranmasına səbəb olur. Bəzi ekspertlər hesab edir ki, ətraf ölkədə baş verən proseslərdən sonra Azərbaycan da növbəti dəfə devalvasiya addımı atmalıdır.
Qeyd edək ki, Azərbaycan manatının devalvasiya edildiyi bui in fevralın 21-də manatın dollar və digər valyutalar qarşısında mvafyiq məzənnələri müəyyən edilmişdi. Son aylar həmin valyutaların məzənnələri də getdikcə aşağı düşərək ilin əvvəlindəki səviyyə qayıdır.
Rusiya rublu - 9,4% ucuzlaşıb
Şimal qonşumuzda rubl/dollar məzənnəsi müəyyən mənada manat/dollar məzənnəsinə təsir edən əsas faktorlardan biridir. Devalvasiyadan bir gün əvvəl – fevralın 20-də 1 rus rublu 1,27 qəpik idi. Bu məzənnə Azərbaycan üçün qətiyyən sərfəli deyildi və nəticədə devalvasiyadan sonra Rusiya valyutasının da məzənnəsi də artaraq 1 rubl üçün 1,7 qəpik oldu. Amma son günlər baş verən proseslər nəticəsində rubl yenidən ucuzlaşır. İndiyədək rubl manat qarşısında 9,4% dəyərdən düşüb və 1,54 qəpikdir. Bu göstərici devalvasiyadan əvvəlki həddə (1,27 qəpik) nə qədər yaxın olarsa, manatın kursuna yenidən baxılması ehtimalı o qədər artacaq.
Qazaxıstan tengesi – 26,3% ucuzlaşıb
Əslində bu siyahıda tenqenin yeri simvolikdir. Çünki indiyədək Qazaxıstan milli valyutasının məzənnəsi hökumət tərəfindən tənzimlənib, yalnız son iki gündə rəsmi Astana tenqeni «sərbəst üzmə»yə buraxıb. Deməli onun manata münasibətinin necə dəyişməsi barədə dəqiq söz demək çətindir. Amma istənilən halda rəsmi məzənnələri də nəzərə alanda, son 6 ayda teqne manat qarşısında 26,3% ucuzlaşıb. Maraqlıdır ki, indi tenqenin manata nəzərən məzənnəsi fevralın 20-də, yəni Azərbaycan manatının devalvasiyasından 1 gün əvvəlki həddədir – 1 teqne 0,42 qəpik.
Türk lirəsi – 16,6% ucuzlaşıb
Artıq bir dəfə qeyd edildiyi kimi, ətraf ölkələrdən yalnız Türkiyə öz mili valyutasının məzənnəsinin kəskin enməsindən daha az narahat olmalıdır. Liənin ucuzlaşmasının mənfi təsirləri olsa da, bu proses həm də türk istehsalı olan malların rəqabət qabiliyyətini artırır, deməli iqtisadiyyata müsbət impuls verir. Eləcə də lirənin ucuzlaşması son vaxtlar terror aktları nəticəsində gəlirləri azalan Türkiyənin turizm sektorunun da cəlbediciliyini artıracaq. Bu vəziyyətdə lirə/manat münasibətlərinin necə dəyişməsi maraq doğurur. Bu il fevralın 20-də, yəni devalvasiyadan bir gün əvvəl türk lirəsinin manat qarşısında məzənnəsi 32 qəpiyə enmişdi. Fevralın 21-də bu rəqəm kəskin artaraq təqribən 43 qəpiyə yüksəldi. Amma ötən müddət ərzində lirə 16,6% ucuzlaşaraq 35,7 qəpiyə endi. Başqa sözlə, indi lirənin manat qarşısında məzənnəsi devalvasiyadan əvvəlki həddə daha çox yaxındır.
Gürcü larisi -7,5% ucuzlaşıb
Oxşar proseslər qonşu Gürcüstanda da cərəyan etməkdədir. Son günlər, daha dəqiqi avqustun əvvəlindən etibarən gürcü larisinin məzənnəsi dollar və manat qarşısında enməyə başlayıb. Devalvasiyadan bir gün əvvəl gürcü larisi təqribən 37 qəpik idi. Devalvasiyadan sonra bu rəqəm 48,5 qəpiyə yüksəldi. Ötən dövr ərzində isə arii yenidən ucuzlaşaraq 45 qəpiyə enib. Amma göründüyü kimi, larinin manat qarşısında məzənnəsinin devalvasiyadan əvvəlki həddə çatmasına hələ çox var. Nə qədər maraqlı olsa da, hələlik qonşu ölkələr arasında ən sabit görünən valyuta məhz gürcü larisidir – cəmi7,5% ucuzlaşma.
|
Rubl |
Tenge |
Lirə |
Lari |
20 fevral |
0,0127 |
0,0042 |
0,3199 |
0,3649 |
21 fevral |
0,0170 |
0,0057 |
0,4281 |
0,4850 |
Mart |
0,0182 |
0,0056 |
0,4018 |
0,4697 |
Aprel |
0,0207 |
0,0056 |
0,3937 |
0,4511 |
May |
0,0199 |
0,0056 |
0,3952 |
0,4559 |
Iyun |
0,0182 |
0,0056 |
0,3875 |
0,4667 |
Iyul |
0,0176 |
0,0056 |
0,3771 |
0,4593 |
21 avqust |
0,0154 |
0,0042 |
0,3570 |
0,4488 |
Fevralın 21-dən indiyədək manat qarşısında ucuzlaşma |
9,4% |
26,3% |
16,6% |
7,5% |
Rublu və türk lirəsini izləməliyik
Yuxarıda göstərilənlərlə yanaşı, qeyd edək ki, Qazaxıstan və Gürcüstan Azərbaycanın qonşusu olsa da, buradakı proseslərin Azərbaycan manatına təsir elə də ciddi deyil. Onlardan fərqli olaraq Rusiya və Türkiyədə baş verən proseslər mili valyutamıza daha ciddi təsir edir.
Məsələ bundadır ki, Türkiyə və Rusiya Azərbaycanla qonşu olmaqla yanaşı, ölkəmizin əsas ticarət tərəfdaşlarındandırlar. Dövlət Gömrük Komitəsinin son hesabatına görə, ilin ilk 7 ayında Rusiya və Türkiyə Azərbaycanın ən böyük 10 xərici tərəfdaşları sırasındadır. Ölkəyə idxal olunan malların strukturunda isə Rusiya və Türkiyə 1-ci və 2-ci yerləri tuturlar. Bu dövrdə ölkəyə 5,3 milyard dollarlıq idxalın 1,5 milyard dolları və ya 30%-i məhz bu iki ölkənin payına düşür.
Bu mənada lirənin və rublun məzənnəsinin necə dəyişməsi Bakıda daha diqqətlə izlənilməli və lazım gələrsə adekvat addım atılmalıdır.
Son 6 ayda ətraf ölkələrinin valyutalarının manata nəzərən məzənnəsinin dəyişməsi