Azərbaycan Mərkəzi Bankı növbəti bir ildə əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib. Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, tender oktyabrın 8-də saat 16.00-da Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcək. İddiaçı sığorta şirkətləri tender təklifi və tender təklifinin bank təminatını oktyabrın 7-si saat 18.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 29-na kimi möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə Mərkəzi Banka təqdim etməlidir. Zərf və sənədləri göstərilən vaxtdan gec təqdim olunmuş sığorta şirkətləri tenderə buraxılmayacaq. Qeyd edək ki, tenderdə iştirak haqqı 150 manat təşkil edir. Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bankın 600-ə yaxın işçisinin könüllü tibbi sığortasını “Azsığorta” şirkəti həyata keçirib. 2013-cü ildə isə tenderin qalibi “Paşa Sığorta” şirkəti olub.