30 Oktyabr

Yasamalda “Azər Türk Bank”ın filialı açılıb

“Azər Türk Bank” ASC-nin “Yasamal” filialının açılışı olub. Bankdan fins.az-a verilən məlumata görə, filial Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 89 ünvanında, iki mərtəbəli binada yerləşir. Burada müştərilərə xidmət üçün hər bir şərait yaradılıb. Filial həftəiçi hər gün saat 09:30-dan 17:00-a kimi çalışacaq.

«Yasamal» filialında fiziki və hüquqi şəxslər geniş çeşidli bank məhsul və xidmətlərindən faydalana bilərlər - kreditlərin alınması, əmanət yerləşdirilməsi, ölkədaxili və xarici pulköçürmələri, ödəniş kartlarının əldə edilməsi, eləcə də bir çox digər bank xidmət və məhsulları və s.

Bu, Azər Türk Bankın cari il ərzində Bakı şəhərində açdığı ikinci yeni xidmət ofisidir. Bir neçə ay əvvəl Bankın digər bir filialı da müştərilərin istifadəsinə verilib. İlin sonuna kimi Azər Türk Bank paytaxtda və ölkəmizin regionlarda daha bir neçə yeni filialın da açılmasını planlaşdırır. 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.