Azərbaycanın “Bank Silk Way” bankının nizamnamə kapitalı 2,4 faiz (2,38 milyon manat) artaraq 101,54 milyon manat təşkil edib.
Fins.az-ın "Trend"-ə istinadən xəbər verir ki, bu barədə bankın saytında dərc olunan məlumata əsasən xəbər verilır.
Məlumatda deyilir ki, nizamnamə kapitalının artımı bankın səhmlərinin nominal qiymətinin 146 manatdan 149,5 manatadək artması ilə əlaqədardır.
"Bank Silk Way"-in nizamnamə kapitalı 679,23 min səhmə bölünüb.