30 Oktyabr

Poçt şöbələri kredit verəcək

Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC tərəfindən kreditləşmə xidmətlərinin genişləndirilməsi məsələsi işçi qaydada Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bank tərəfindən nəzərdən keçirilir.

Fins.az-ın “Trend“-ə istinadən məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib.

O bildirib ki, layihənin reallaşdırılması üçün adıçəkilən dövlət qurumlarının dəstəyi mühüm əhəmiyyət daşıyır: “Hazırda poçt operatoru tərəfindən kreditləşmə xidmətlərinin göstərilməsi məsələsi ilə bağlı müəyyən təkliflər planı hazırlanır. Son təkliflər işlənib hazırlanandan sonra layihə hökumətə təqdim ediləcək”.