“DəmirBank” “Kredit eksperti” vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın banka istinadən məlumatına görə, vakansiya Şamaxı və Göyçay filialları üzrə aparılır.
Vəzifə öhdəlikləri:
- Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
- Birbaşa marketinq funksiyasını həyata keçirmək;
- Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
- Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir;
- Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
- Analitik təhlil qabiliyyətinə malik olmaq;
- Satış qabiliyyətinə malik olmaq;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müraciət etdiyiniz region nəzərə alınmaqla, “Kredit eksperti-müvafiq region” (Şamaxı və ya Göyçay) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.