“Azərbaycan Beynəlxalq Bankı”na (ABB) vaxtı keçmiş kredit borcu olan şəxslərin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə fins.az-a bankın müştəriləri məlumat verib. Onların sözlərinə görə, yalnız borc tam ödənildikdən sonra qadağa növbə ilə götürülür.
Prezident İlham Əliyev iyulun 15-də ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb. Fərmana əsasən, bankın problemli kreditləri “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməlidir. Bununla belə, bankdan verilən məlumata görə, fərmanda bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulduğundan problemli borclar paralel olaraq ABB-nin özü tərəfindən də yığılır.