“Bank Silk Vey” səhm emissiyası hesabına nizamnamə kapitalını artırıb. Bu barədə fins.az bankın saytına istinadən xəbər verir. Məlumata görə kapital artımı bankın səhmlərinin nominal dəyərinin artırılması yolu ilə baş tutub. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qeydə aldığı səhm emissiyasına əsasən, hərraca hər birinin nominal dəyəri 149,50 manat olan 679230 səhmin çıxarılıb. Səhmlər nominal dəyəri 146,00 manat olan 679230 səhmə konvertasiya yolu ilə yerləşdirilib. Emissiya nəticəsində "Bank Silk Vey”in səhmlərinin nominal dəyəri 3,5 manat artıb. Bankın nizamnamə kapitalı isə 99 milyon 168 min manatdan 101 milyon 545 min manata çatdırılıb.