Azərbaycan banklarının kredit porfelinin təqribən 87%-i Bakı şəhəri və Abşeron yarımadasının payına düşür. Fins.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın 2015-ci ilin ilk yarısı ilə bağlı açıqladığı rəqəmlərdən məlum olur.
Qeyd edək ki, ölkədə ümumi kreditlərin həcmi 20 milyard 288 milyon 462 min manat təşkil edir. AMB-nin hesabatına görə, bundan 16 milyard 978 milyon 390 min manatını və ya ölkə üzrə kredit portfelinin 83,7%-i Bakı şəhərinin payına düşür. Kreditlərin 640,9 milyon manatı və ya 3,16%-i isə Abşeron rayonunda verilib. Kreditlərin həcminə görə sonrakı yeri Aran bölgəsi (835,2 milyon manat) və Gəncə-Qazax bölgəsi (744,8 milyon manat) tutur.
Bölgələr |
Kredit portfeli |
Bazar payı |
Azərbaycan Respublikası |
20 288 462,8 |
100% |
Bakı şəhəri |
16 978 390,6 |
83,68% |
Aran iqtisadi rayonu |
835 237,4 |
4,12% |
Gəncə-Qazax iqtisadi rayonu |
744 847,1 |
3,67% |
Abşeron iqtisadi rayonu |
640 937,0 |
3,16% |
Lənkəran iqtisadi rayonu |
293 427,4 |
1,45% |
Quba-Xaçmaz iqtisadi rayonu |
263 112,6 |
1,30% |
Şəki-Zaqatala iqtisadi rayonu |
217 854,0 |
1,07% |
Naxçıvan iqtisadi rayonu |
125 373,8 |
0,62% |
Dağlıq Şirvan iqtisadi rayonu |
116 029,0 |
0,57% |
Yuxarı Qarabağ iqtisadi rayonu |
63 839,9 |
0,31% |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
9 413,9 |
0,05% |