“AGBank” ötən gün mətbuatda yayılmış “Rabitəbank”la birləşməsi barədə xəbərə münasibət bildirib. Bankın İdarə Heyətinin sədr müavini Əfqan Cəlilovun adından fins.az-a daxil olan açıqlamada bildirilir ki, “AGBank”ın əsas səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası, “Kazimir Investment Limited” şirkəti və fiziki şəxslər Çingiz Əsədullayev, Yusifov Fərzulla olaraq qalırlar. Mövcud səhmdarların hər hansı bir satış planları yoxdur. Bankın başqa bir qurum tərəfindən alınması haqqında verilən məlumat heç bir mənbəyə əsaslanmayan şayiədir.