Bu ilin əvvəlindən Azərbaycanla iqtisadi tərəfdaş olan ölkələrdə yaranmış vəziyyət ölkəyə daxil olan pul baratlarının məbləğinə mənfi təsir edir. Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, ilin 1-ci yarısında ölkəyə 511 milyon dollar pul göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% azdır.