30 Oktyabr

Banklar filial açmağı təxirə salıblar

Banklar yeni filialların açılması planlarını təxirə salıb. Fins.az-ın “Marja”-a istinadən məlumatına görə, 2015-ci ilin 2-ci rübündə Azərbaycanda fəaliyyət göstərmiş 45 bank tərəfindən cəmi 3 filial açılmışdır. Aprel-İyun aylarında bankların yerli filiallarının sayı 760-dan 763-ə çıxıb.

Banklar bu ilin birinci yarısında isə cəmi 11 filial istifadəyə veriblər. Cari ilin Aprel-İyun aylarında bankların şöbələrinin sayı 160-dan 163-ə artıb. Müqayisə üçün qeyd edək ki, banklar ötən ilin birinci yarısında 26, ikinci rübündə isə 16 filial açmışdılar.

BOKT-LAR DAHA ÇOX FİLİAL AÇIBLAR

2015-ci ilin ikinci rübündə isə 157 bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən 15 filial açılıb. Nəticədə də BOKT-ların filiallarının sayı 212-dən 227-yə çıxıb.

Qeyd edək ki, 157 bank olmayan kredit təşkilatının 103-ü kredit ittifaqıdır.