30 Oktyabr

Kreditə görə daha bir iş adamı həbs edildi - 30 MİLYON DOLLAR

Vəkil Adəm Məmmədov bildirib ki, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev iki ay əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanmış cinayət işinin istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.

A. Məmmədov həmçinin qeyd edib ki, M. Mehdiyev Azərbaycan Beynəlxalq Bankından 30 milyon ABŞ dolları kredit götürüb: “Müdafiə etdiyim şəxs götürdüyü kreditin 17 milyonunu qaytarıb. Qalan 12 milyon 760 minini isə qaytara bilməyib. Lakin o, borc müqabilində əmlakını girov qoyub”.

Qeyd edək ki, 2008-ci ilin aprelindən tam özəlləşdirilən müəssisədə şüşə-plastikdən müxtəlif ölçülü ümumi təyinatlı borular, elektrotexnikada istifadə edilən xüsusi təyinatlı borular və silindirlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazılmasında və istismarında istifadə olunan borular və digər məhsullar buraxılır.