30 Oktyabr

Banklar Assosiasiyasına yeni sədr seçildi

“Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni sədri seçilib. Fins.az-ın məlumatına görə, o, bu postda “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəz edəcək. Zakir Nuriyev Eldar İsmayılovdan əvvəl də ABA-ya rəhbərlik edib.