30 Oktyabr

Kredit portfeli azalıb

İyun ayında Azərbaycan banklarının kreditləri növbəti dəfə azalıb. Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, iyulun 1-ə olan məlumata görə kredit potfeli 20 milyard 288,5 milyon manat təşkil edir. Bu bir ay əvvələ nisbətən 179,6 milyon manat azdır. Ümumiyyətlə kredit potfelinin həcmi artıq 5 aydır ki, azalmaqdadır. Fevralın 1-dən indiyədək kreditlərin həcmi 408,7 milyon manat azalıb.