30 Oktyabr

“Yeni Həyat” Şirkətlər Qrupu "Bank Technique" ilə əməkdaşlığını dayandırıb

“Yeni Həyat” Şirkətlər Qrupu "Bank Technique" ASC ilə əməkdaşlığını dayandırıb.

Fins.az-ın “APA”-a istinadən məlumatına görə, “Yeni Həyat” Şirkətlər Qrupu “AtaBank” ilə işləməyə qərar verib.“AtaBank” ASC-dən bu məlumatı təsdiqləyiblər. “Artıq 10 gündür ki, “Yeni Həyat” Şirkətlər Qrupu bizim bankla əməkdaşlığa başlayıb”, -deyə bankdan bildirilib.

Qeyd edək ki, buna qədər “Aqrolizinq” ASC, “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.