Bakı şəhərində ən çox ipoteka krediti verilən rayon Xətai rayonudur. Azərbaycan İpoteka Fondundan (AİF) fins.az-a verilən məlumata görə, indiyədək bu rayonda 2698 ipoteka krediti verilib ki bu da paytaxtda verilən bütün ipoteka kreditlərinin 23,1%-i deməkdir. Yasamal rayonunda 1834, Binəqədi rayonunda 1635, Nəsimi rayonunda 1285 ipoteka krediti verilib. Paytaxtdakı ümumi kreditlərin 3-də 2-si məhz bu 4 rayonun payına düşür.Ən az ipoteka krediti isə Xəzər rayonunda verilib – cəmi 140 kredit.