Bu ilin ilk yarısının yekunlarına görə, ölkə banklarında əmanətlərin həcmi 7 561 mln. manat olub. Əmanətlərin sığortalanması fondundan verilən məlumata görə, son 6 ayda əmanətlər ümumilikdə 884 milyon manat (13,2%), qorunan əmanətlər isə 1 452 mln.manat (46,9 %) artıb. Kompensasiya olunan əmanətlər 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir. Hazırda bankda əmanəti olan 7 147 401 əmanətçinin 90%-nin, yəni 6 444 188 nəfərin əmanəti qorunur.Sığortalanan əmanətlərin 69% - i ABŞ dollarının, 27% - i manatın, 4% - i avronun payına düşür.