30 Oktyabr

“Bank Technique”in səhmdarları toplaşır

“Bank Technique” bu il 3-cü dəfə səhmdarlarının toplaşacağı barədə elan verib. Fins.az-ın məlumatına görə, bu barədə bankın mətbuatda yerləsdirilən elanında bildirilib.

İlk dəfə bu ilin İun ayının 8-də, ikinci dəfə İyul ayının 10-da səhmdarların ümumi yığıncağının keçiriləcəyini elan edən bank, bu dəfə səhmdarlarının növbədənkənar şəkildə avqustun 31-də yığışacağını bildirir.

“Bank Technique” ASC-nin idarə heyəti bildirir ki, 31 avqust 2015-ci il saat 11.00-da “Bank Technique” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Babək prospekti, 16 nömrəli ünvanda keçiriləcəkdir”