30 Oktyabr

Bakı metrosu “Bank Tecnique”i “Kapital Bank”a dəyişdi

Bu gündən etibarən “Bank Technique” “Bakı Metropoliteni” QSC-nin stansiyalarında yerləşən kartyükləmə aparatlarında toplanan pulların inkassasiyası xidmətlərini göstərməyəcək. Bu barədə fins.az “Report”a istinadən xəbər verir. Məlumata görə, həmin xidmət “Kapital Bank”a verilib. Metropolitenin mətbuat xidmətindən məlumatı təsdiq ediblər.