30 Oktyabr

“Azər-Türk Bank”a rəhbər təyin edildi – MÜVƏQQƏTİ

İyulun 22-də “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin (İH) sədri vəzifəsinə seçilmiş “Azər-Türk Bank”ın İH-nin sədri Elmar Məmmədovun yerinə hələ ki, təyinat olmayıb. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla yanaşı, təyinata qədər İH-nin sədri vəzifəsinin icrası müvəqqəti olaraq İH-nin sədri müavini Fərhad Adıgözəlova həvalə edilib. Yeni sədrin kim olması məsələsinin isə “Azər-Türk Bank”ın səhmdarlarının ümumi yığıncağında həll ediləcəyi gözlənilir.