14 ildir ki, “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri olmuş Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. Bu barədə fins.az-a cənab Ağayev özü bildirib. Jurnalistlərin dostu istefasının səbəbi barədə danışmaq istəməyib və yalnız onu bildirib ki, mətbuatda fəaliyyətini davam etdirəcək, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacaq.