30 Oktyabr

“Günay Bank”ın rəhbərliyində dəyişiklik

“Günay Bank”ın Müşahidə Şurasında dəyişiklik olub. Bu barədə Fins.az-a bankın İdarə Heyətinin (İH) üzvü, Kredit iqtisad departamentinin direktoru Sabir Ağayev məlumat verib. Onun sözlərinə görə, bir qədər əvvəl “Günay Bank”ın MŞ-nın üzvü vəzifəsinə təyin edilmiş İlham Əmiraslanov (“Günay Sığorta” şirkətinin İH-nin keçmiş sədri) işdən azad edilib. Onun yerinə “Günay Sığorta”nın Daxili audit xidmətinin rəhbəri, eləcə də bankın Audit Komitəsinin üzvü olan Leyla Nağıyeva təyin olunub.