30 Oktyabr

BRICS ölkələrinin İnkişaf Bankı fəaliyyətə başladı

Baş ofisi Çinin Şanxay şəhərində yerləşən BRICS ölkələrinin İnkişaf Bankı artıq fəaliyyətə başlayıb. Bu barədə fins.az rus mətbuatına istinadən xəbər verir. Xatırladaq ki, bank 2013-cü ildə, Rusiyanın Sankt Peterburq şəhərində keçirilmiş böyük 20-lik ölkələrinin yığıncağı çərçivəsində Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çin tərəfindən yaradılıb. an "BRICS İnkişaf Bankı" artıq rəsmən fəaliyyətə başlayıb. Hər üzv dövlət kredit təşkilatının nizamnamə kapitalına 2 milyard dollar pul qoyub və bank 10 milyard dollar kapitalla maliyyə bazarına daxil olub. Bankın əsas hədəfi üzv və inkişaf etməkdə olan ölkələrdə müxtəlif infrastruktur layihələrini maliyyələşdirməkdir.