Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyaları ləğv edilib. “Bakı Fond Birjası” QSC-dən fins.az-a verilən məlumata görə, adı çəkilən emitentlərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlar ilə ticarət üçün, eləcədə investorların mənafelərin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq, müvafiq sorğuların cavablandırılmasınadək “EvroBank”ın və “Azərbaycan Kredit Bankı”nın qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırılıb.