Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq tələblərə cavab verəcək kommersiya banklarına ucuz maliyyə vəsaitləri verəcək. Fins.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov ANS TV-yə müsahibəsində bildirib: "Bunu mərhələ-mərhələ edəcəyik və resurslara qoşulmaq şərti bütövlükdə bankın tam requlyativ tələblərə cavab verməsi, onun bizim daxili reytinq sistemində yer alması olacaq". "Bununla AMB bankların cəlb olunan vəsaitlər baha olduğu üçün kreditlər də bahadır bəhanəsini aradan qaldırmış olacaq. Eyni zmanada, ucuz vəsaitdən istifadə edərək kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq", - deyə baş bankir qeyd edib. müvafiq tələblərə cavab verəcək kommersiya banklarına ucuz maliyyə vəsaitləri verəcək. Fins.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov ANS TV-yə müsahibəsində bildirib: "Bunu mərhələ-mərhələ edəcəyik və resurslara qoşulmaq şərti bütövlükdə bankın tam requlyativ tələblərə cavab verməsi, onun bizim daxili reytinq sistemində yer alması olacaq".
"Bununla AMB bankların cəlb olunan vəsaitlər baha olduğu üçün kreditlər də bahadır bəhanəsini aradan qaldırmış olacaq. Eyni zmanada, ucuz vəsaitdən istifadə edərək kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq", - deyə baş bankir qeyd edib.