İran Milli Bankının Bakı filialı 2020-ci ilə qədər Azərbaycanın bank sektorunda azı 5%-lik paya malik olmağı planlaşdırır. Fins.az-ın banka istinadən verdiyi məlumata görə, bu məsələ qurumun 2016-2019-cu illəri əhatə edən uzunmüddətli inkişaf strategiyasında öz əksini tapıb. Sənəddə bildirilir ki, törəmə bankın əsas hədəfi kiçik və orta biznesə, xüsusən İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iştirakçılarına xidmət göstərən, iki ölkənin iqtisadi inteqrasiyasında başlıca rol oynayan, aktivlərinin, depozit və kredit portfelinin həcminə görə bank bazarının ən azı 5%-nə malik, güclü komandası olan, stabil və gəlirli kredit təşkilatına çevrilməkdir. Hələlik isə, İran Milli Bankının bank sektorunda payı 1%-ə də çatmır.