30 Oktyabr

“Bank VTB”-yə məxsus plastik kartların işi dayandırılır

Bu gün “Bank VTB (Azərbaycan)”a məxsus POS-terminalların və plastik kartların işi müvəqqəti dayandırılacaq. Bankdan fins.az-a verilən məlumata görə, buna səbəb kartlara xidmət göstərən prossessinq mərkəzinin dəyişdirilməsidir. Belə ki, “Bank VTB (Azərbaycan)” indiyə qədər Rusiyanın iri prosessinq mərkəzlərindən olan "Multikart"la əməkdaşlıq edirdi. Bu gündən isə Azərbaycan Mərkəzi Bankının tövsiyyəsi əsasında “Azəricard” prosessinq mərkəzi ilə tərəfdaş kimi seçilib. Texniki işlərlə əlaqədar “Bank VTB (Azərbaycan)”a məxsus POS-terminallar və plastik kartlar bir neçə saat işləməyəcək. Artıq bankın müştərilərinə SMS göndərilib və onlar bu barədə məlumatlandırılıb.