30 Oktyabr

Əhali əmanətlərini banklardan geri çəkir

Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 7 milyard 601,1 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-aprel aylarının yekunları ilə müqayisədə 116,1 milyon manat və ya 1,5% azdır.

Bununla belə, ilin əvvəlinə nisbətən əmanətlər 5,74%, son 1 ildə isə 14,42% artıb. Amma məsələ ondadır ki, bu ilin fevralında Azərbaycanda manat kəskin ucuzlaşdırılan ərəfədə əmanətlərin əhəmiyyətli hissəsi manatdan dollara çevrilmişdi. Bu da son nəticədə manatla ifadədə əmanətlərin kəskin artması ilə nəticələnib.