Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycanın bank sektorunun aktivləri 29 milyard 67,2 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-aprel aylarının yekunları ilə müqayisədə 171,2 milyon manat və yaxud 0,59% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən bankların aktivləri 15,43%, son 1 ildə isə 31,29% artıb.