30 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artmaqda davam edir

Bu ilin iyun ayının yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 520,2 milyon dollar təşkil edib. Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, may ayının yekunu ilə müqayisədə 1,06% çoxdur. Bununla belə, ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 38,07%, son 1 ildə isə 43,81% azalıb.