Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC-nin qiymətli kağızları alternativ bazar seqmentində listinqə qəbul edilib. Bu barədə fins.az-a BFB-dən məlumat verilib. Qiymətli kağızların ticarətinə sabahdan başlanacaq. Hərraca ilkin qiyməti 15,55 manat olan 3,4 milyon ədəd qiymətli kağız çıxarılacaq.