30 Oktyabr

“Zıraat Bank”ın rəsmən açılması Ramazandan sonraya qaldı - FOTOLAR

“Zıraat Bank Azərbaycan” rəsmən fəaliyyətə Ramazan bayramından sonra başlayacaq. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla belə, hazırda bankın metronun “İçəri Şəhər” stansiyası ilə üzbəüz (İstiqlaliyyət küçəsində) yerləşən yeganə filialında hesab açdırmaq, xaricə pul göndərmək, valyuta alıb-satmaq mümkündür. Müştərilərə kredit verilməsi, onlardan əmanət qəbulu isə bank rəsmən işə düşdükdən sonra baş tutacaq.