30 Oktyabr

Beynəlxalq Bankın İdarə Heyəti ilə bağlı qərar verildi

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib. ABB-nin mətbuat xidmətindən fins.az-a verilən məlumata görə, iclasda bankın İdarə Heyəti (İH) üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb. MŞ-nın qəbul etdiyi qərara əsasən, İH üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinə qədər uzadılıb.