“Ziraat Bank Azərbaycan” ASC biznes proseslərini “Elektron Hökumət” portalı vasitəsilə avtomatlaşdırmağı planlaşdırır. Fins.az portala istinadən xəbər verir ki, bu məqsədlə portal və bank nümayəndələri arasında görüş keçirilib. Əməkdaşlıq nəticəsində bank müştərilərə sürətli xidmət göstərə bilərək. Bundan başqa, görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb.