“PAŞA Bank"ın İdarə Heyətinə (İH) iki yeni üzv təyin edilib. Fins.az-ın bankın saytına istinadən yaydığı məlumata görə, yeni üzvlər Şirin Əliyeva və Aydın Atakişiyevdir. Onlar eyni zamanda müvafiq olaraq baş hüquq inzibatçısı və baş strategiya inzibatçısı vəzifələrini tutacaqlar. İyunun 29-da “PAŞA Bank”ın Müşahidə Şurasının qərarı ilə bankın İH-nin sədri təyin olunmuş Taleh Kazımov da bu gündən vəzifələrinin icrasına başlayıb.