Şamaxıda bank binasında yanğın baş verib. Fins.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı şəhərində “Muğanbank” ASC-nin inzibati binasının xarici divarında ümumi sahəsi 4 kv.m olan reklam lövhəsinin 1 kv.m-i yanıb. İnzibati bina yanğından mühafizə olunub.
Bankın Şamaxı filialından fins.az-a verilən məlumata görə, reklam lövhəsindəki lampalarda yaranan qısaqapanma yanğına səbəb olub. Zərər çox kiçikdir. İnzibati bina könüllü qaydada sığortalanıb. Sığorta təminatının böyük məbləğdə olduğu deyilsə də, konkret rəqəm açıqlanmayıb.