30 Oktyabr

“Devalvasiyadan sonra bizə müraciətlər 20% artıb”

Azərbaycanda manatın kəskic ucuzlaşdırılmasından sonra vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA” kollektor agentliyinə müraciətlər təxminən 20% artıb. Bu barədə fins.az-a açıqlamasında agentliyin direktoru Samir Mustafayev bildirib. Bununla belə, onun sözlərinə görə, artım bankların hesabına baş verməyib: “Şöhbət vətəndaşların bir-birinə verdiyi borclardan gedir. Devalvasiyadan sonra əsasən dollarla verilmiş şəxsi borclar hiss olunacaq dərəcədə artıb. Bankların bizə yönəltdiyi problemli kredit portfelində isə dəyişiklik yoxdur. Əvvəlcədən danışdığımız qrafik üzrə, manatla verilmiş borclar bizə yönəldilir”.