Yaxın günlərdə “PAŞA Bank”ın İdarə Heyətinə (İH) daha bir təyinat olacaq. Bu barədə fins.az-a bankdan bildirilib. Məsələ ondadır ki, İH-nin üzvü olan Taleh Kazımov sədr təyin edildikdən sonra onun tutduğu post boş qalıb. Bankın İH sədrinin 1-ci müavini vəzifəsini əvvəllər olduğu kimi Emil Hacıyev icra edir. İndiyə qədər banka rəhbərlik etmiş Fərid Axundov isə “PAŞA Bank”ın Müşahidə Şurasının üzvü təyin edilib. Buna görə də, yaranmış vəziyyət İH-nə 3-cü şəxsin gətirilməsini zəruri edir.