30 Oktyabr

“Accessbank”-ın İdarə Heyətində yeni təyinat

“Accessbank”da yeni – “İnformasiya Texnologiyaları üzrə İcraçı Direktor” vəzifəsi təsis edilib. Fins.az-ın bankın saytına istinadən yaydığı məlumata görə, bu vəzifəyə Vasiliy Melniçuk təyin edilib. O, buna qədər 6 il ərzində Avstriyanın “Volksbank” qrupunun Lvov şəhərindəki Ukrayna bölməsinin İdarə Heyətinin üzvü kimi layihə komitəsinin sədri vəzifəsində çalışıb. Bundan əvvəl, 1998-ci ildə cənab Melniçuk Hollandiyanın ING maliyyə qrupunun Ukrayna törəmə bankını yaradan qrupa qoşulub, daha sonra 3 il müddətində ING qrupunun Əfqanıstanda həyata keçirilən beynəlxalq layihəsi üzərində çalışıb. Vasiliy Melniçuk bir neçə beynəlxalq holdinqin və Asiya İnkişaf Bankının (Asian Development Bank) səhmdarları üçün yeni bankın İT-infrastrukturunu yaradıb. Öz karyerası müddətində o, beynəlxalq İT konfranslarda, Maliyyə Texnologiya Xidmətləri Sammitində iştirak edib, bir neçə dəfə qəza vəziyyətlərinin aşkarlanması və informasiya təhlükəsizliyi mövzularında məruzələrlə çıxış edib. Vasiliy Melniçuk UMTU “Kiyev Politexnik İnstitutu”nu mühəndislik ixtisası üzrə və Regionlararası heyət idarəçiliyi Akademiyasını maliyyə ixtisası üzrə bitirib, CISA şəhadətnaməsi əldə edib. Milliyyətcə ukraynalıdır, Ukrayna, rus və ingilis dillərini mükəmməl bilir.