“BLIZKO” ödəniş sistemi Azərbaycanda fəaliyyətini genişləndirib. Fins.az-ın “İnterfaks-Azərbaycan”a istinadən məlumatına görə, “Accessbank” sistemin yeni tərəfdaşı olub. Yaxın vaxtlarda “BLIZKO” pul köçürmələri xidməti bankın bütün şöbələrində təqdim olunacaq. 2006-ci ildən fəaliyyət göstərən bu ödəniş sistemi ilə pulköçürmə 1 dəqiqəyə, 0,2-2% xidmət haqqı ödəməklə başa gəlir. Konkret komissiya köçürülən məbləğdən və istiqamətdən asılıdır.