30 Oktyabr

“Dəmirbank”ın səhmdarları toplaşacaq

İyunun 27-də “Dəmirbank”ın səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, iclasda bankın 2014-cü ildəki fəaliyyətinə dair audit hesabatının təsdiq edilməsi, əldə edilmiş mənfəətin bölüşdürülməsi ilə bağlı qərarın qəbulu, eləcə də qurumun Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulub. Bundan başqa, səhmdarlar “Dəmirbank”ın törəmə strukturu olan və broker fəaliyyəti ilə məşğul olan “ADB Broker” MMC-nin ASC-yə çevrilməsi məsələsini də həll edəcəklər. Xatırladaq ki, qiymətli kağızlar bazarı haqqında yeni qanunda brokerlərin ASC kimi fəaliyyət göstərməsi öz əksini tapıb.