Bu ayın sonuna qədər “Bank VTB (Azərbaycan)” Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun müvəkkil bankı ola bilər. Fins.az-ın məlumatına görə, bu barədə Bankın Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Tural Vəliyev məlumat verib. Onun sözlərinə görə, bu baş tutsa, bank gələn ilin əvvəlindən dövlət xətti ilə ipoteka kreditləri verə biləcək. Bundan başqa, “Bank VTB (Azərbaycan)” İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun da müvəkkil-bankı olmağı planlaşdırır. Bu məsələnin isə gələn ay reallaşacağı gözlənilir.