30 Oktyabr

“Bank Technique”nin səhmdarları toplaşacaq

İyulun 10-da “Bank Technique” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə fins.az banka istinadən xəbər verir. İclasda bankın, eləcə də onun törəmə şirkətlərinin (“Alfa Sığorta” ASC, “Texnika Kapital Menecment” MMC) 2014-cü ilə dair fəaliyyətinin yekunları müzakirə olunacaq. Xatırladaq ki, səhmdarlar ilk öncə iclasın iyunun 8-də keçirilməsinə qərar vermişdilər.