Azərbaycan Mərkəzi Bankı (AMB) iqtisadiyyata kredit qoyuluşlarını stimullaşdırmaq üçün kommersiya banklarına manatla vəsait ayıracaq. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Raca Almarzoqi (Raca Almarzoquie) bildirib: “Mərkəzi Bank iqtisadiyyata kredit qoyuluşu üçün özəl banklara manatla vəsait ayıracaq və bu vəsaitlə valyuta alınmasına icazə verilməyəcək. Buna görə də ilin ikinci yarısında ÜDM artımı sürətlənəcək və ilin axırına 66 milyard manat olacaq. Baxmayaraq ki, bu ilin ilk 4 ayında ÜDM 16 milyard manat təşkil edib", - R.Almarzoqi qeyd edib.